Rezidentura və magistraturaya əcnəbilərin qəbulu keçirilib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rezidentura və magistratura şöbəsinə əcnəbi vətəndaşların qəbulu sona çatdı. ATU-nun rezidentura və magistratura şöbəsinin müdiri, professor Rizvan Məmmədovun sözlərinə görə, bu gün 3 kateqoriya üzrə tələbə qəbulu həyata keçirilib. 
Bunlardan hazırlıq kursunu bitirən üç nəfər, ATU-nun dörd məzunu, 8 nəfər isə xarici ölkələrdəki müxtəlif universitetlərin məzunlarıdır: “Nəticədə 11 nəfər şöbəyə qəbul edilib. Qəbula gələn əcnəbi gənclər artıq dil imtahanından uğurla keçiblər”.

 

Qeyd edək ki, ATU-da əcnəbi vətəndaşların universitetin qəbulu üçün xüsusi komitə yaradılıb. ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalovun sədrlik etdiyi komitə üzvləri tələbələrin həm intellektual, həm də bilik səviyyəsini yoxlayırlar. Komitənin tərkibinə ATU-nun rezidnetura şöbəsinin müdiri Rizvan Məmmədov, rektor müşaviri Zülfüqar Musabəyov, Tədris Cərrahiyyə Klinikasının baş həkimi Ramiz Poluxov, beynəlxalq əlaqələr şöbəsinin müdiri İkram Rüstəmov və xarici tələbələrlə iş üzrə dekan müavini Nigar Ələkbərova daxildir.

 

Qəbulun sonunda ATU-nun rezidentura və magistraturasına qəbul edilən əcnəbi tələbələrə universitetdaxili nizam-intizam qaydaları, tədris prosesi və digər mühüm məqamlar haqqında məlumat verildi.