İctimai səhiyyə fakültəsinin tələbələri ilə növbəti görüş keçirilib

Sentyabrın 26-da İctimai səhiyyə fakültəsinin dekanlıq nümayəndələrinin fakültənin I kurs tələbələri ilə növbəti görüşü olub.

 

Görüş zamanı fakültənin dekanı, dosent Anar Ağayev Elekton Universitetin yaradılması və əhəmiyəti ilə bağlı tələbələrə geniş məlumat verib. Bildirib ki, bu ildən etibarən I kurs tələbələri ilk dəfə olaraq, elektron sistemlə təhsil alan tələbə olacaqlar və onların dərsə davamiyyəti, mənimsəmə göstəriciləri, bu və digər məqamlar elektron jurnalda öz əksini tapacaq.

 

Tələbə kodunu pəncərəyə daxil etməklə elektron jurnal vasitəsilə özü haqqında məlumatlar əldə edə biləcək. Valideynlər də kodu daxil etməklə öz övladları barədə məlumatı heç bir əziyyət çəkmədən, problemsiz öyrənə biləcəklər.

 

A.Ağayev həmçinin elektron jurnal vasitəsi ilə tələbələrin müəllimlərinin fəaliyyətini qiymətləndirmək imkanları da əldə edəcəyini bildirib.

 

Universitetdə aparılan islahatlarla bağlı məlumat verən dekan bu ildən etibarən 40 faiz və 40 faizdən artıq mühazirələrdə iştirak etməyən tələbələrin imtahanlara vəsiqə qazanmayacağını da qeyd edib.

 

Dekanlıq nümayəndələri tələbələrə təhsil aldıqları müddətdə Universitetin daxili nizam-intizam qaydalarına riayət etməyi və bir-birləri ilə dostluq münasibətləri qurmağı tövsiyyə ediblər.

 

Dekan sonda bu cür görüşlərin əhəmiyyətinə toxunaraq, davamlı olacağını vurğulayıb.