Azərbaycan Tibb Universitetinin II Müalicə Profilaktika Fakültəsi dekanlığının nümayəndələri və universitetin həyatında fəallıq göstərən gənclərin fakültənin I və II kurslar üzrə qrup nümayəndələri ilə görüşü keçirilib. Fakültənin dekanı, dosent İsrail Məhərrəmbəyli tədbiri açaraq qrup nümayəndələrinə rəhbərliyin təşəbüsü ilə universitetdə aparılan islahatlar, elektron universitetin yaradılması, elektron jurnalın təşkili, kredit sistemi, boloniya sisteminin tətbiqi və s. barədə ətraflı məlumat verib. Qrup nümayəndələrnə üzərlərinə düşən öhdəlik və vəzifələrlə bağlı təlimatlar verərək, unverisitet rəhbərliyinin tövsiyələrini də diqqətə çatdırıb.
Görüş zamanı fakültənin dekan müavini, dosent Sevinc Hüseynova, YAP-ın fakültə üzrə Gənclər Təşkilatının sədri Nuranə Kamil, tələbə-dekan Məhərrəm Alimli də çıxış ediblər. Onlar çıxışlarında qrup nümayəndələrini nizam-intizamlı olmağa səsləyib və hər hansı problemlə üzləşən tələbələrə yaxından kömək etməli olduqlarını bildiriblər.
Qeyd edək ki, bu tip silsilə tədbirlərin davamlı keçirilməsi nəzərdə tutulur və növbəti həftədə dekanlığın nümayəndələri adıçəkilən fakültənin V-VI kursların qrup nümayəndələri ilə də görüşəcəklər.