ATU-nun nümayəndələri Pediatriya Dərnəyinin VIII Simpoziumunda çıxış edir

Bu günlərdə Bakıda Azərbaycan Tibb Assosiasiyasınn Pediatriya Dərnəyinin VIII Simpoziumu keçirilib. 300-ə yaxın həkim-pediatrın iştirak etdiyi simpozium respirator xəstəliklərə həsr edilib.

 

Səhiyyə Nazirliyinin Elmi Şurası tərəfindən akkreditasiyadan keçirilmiş simpoziumda Azərbaycanla yanaşı, Türkiyənin aparıcı mütəxəssisləri pediatriya sahəsindəki  ən son nailiyyətlərdən və müasir müalicə metodlarından danışıblar. Toplantının əvvəlində Qazi Universiteti Tibb Fakultəsi Uşaq İnfeksion xəstəliklər bölümünün rəhbəri Prof.Dr. Hasan Tezer “Uşaqlarda tənəffüs yolları infeksiyaları” mövzusunda məruzə ilə çıxış edib.

 

Simpoziumda Azərbaycan Tibb Universitetinin Ftiziatriya kafedrasının müdiri dos.Rafiq Bayramov “Uşaqlarda vərəm” mövzusunda çıxış edib, mövzu ilə əlaqədar sualları cavablandırıb.  Toplantıda həmçinin Mərkəzi Gömrük Qospitalından uzman cərrah Vüsal Cəfərov “Uşaqlarda döş qəfəsi deformasiyaları” barədə  danışıb. Simpoziumun son hissəsində uşaqlar arasında respirator xəstəliklərin müalicəsi ilə bağlı maraqlı diskussiyalar aparılıb.