“Pediatriyanın aktual problemləri” adlı elmi-praktik konfrans keçirilib

Bakıda “Pediatriyanın aktual problemləri” adlı elmi-praktik konfrans keçirilib. Fairmont Baku Flame Towers Hoteldə baş tutan konfransı giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin (ATU) professoru Surxay Musayev təşkilatçılara təşəkkür etdi. O, belə aktual mövzularda məruzələrin pediatrların peşəkar fəaliyyətində faydalı olacağına, həmçinin həkimlərin bu cür elmi-praktiki tədbirlərdə mənimsədikləri akademik biliklərin xəstələrə göstərilən tibbi yardımın keyfiyyətinin artmasına zəmin yaradacağına inandığını bildirdi.

 

Konfransda Türkiyədən dəvət olunmuş Qazi Universiteti Tibb Fakultəsinin Uşaq Yoluxucu Xəstəliklər Bölümünün rəhbəri, prof. Hasan Tezer “Uşaqlarda antibiotiklərin rasional istifadəsi”, ATU-nun I Uşaq xəstəlikləri kafedrasının müəllimi, t.ü.f.d. Nigar Sədiyeva “Uşaq inkişafı-müasir yanaşma” mövzuları ilə çıxış ediblər.

 

Konfransın sonunda mövzular ətrafında müzakirələr aparılıb, həkimlərin sualları cavablandırılıb.