Bu gün ATU-nun II Müalicə-profilaktika fakültəsinin və İstehsalat təcrübəsi dekanlığının əməkdaşları ilə III kurs sinif nümayəndələri ilə görüş keçirilib. Görüşün məqdəsi tələbələrə yay istehsalat təcrübəsinin ləğvinin səbəblərini izah etməkdən ibarət olub.
Görüşün əvvəlində ATU-nun II mülaicə-profilaktika fakültəsinin dekanı İsrail Məhərrəmbəyli çıxış edərək universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi üçün rəhbərlik tərəfindən mütəmadi olaraq müəyyən işlər görüldüyünü bildirdi:
“Universitet Böyük Şurası tərəfindən müxtəlif qərarlar qəbul olunub. Bunlardan biri də yay istehsalat təcrübələrinin ləğvi ilə bağlıdır. Çünki praktika göstərir ki, 2010-cu ildə ATU-da yeni tədris sisteminin tətbiqindən sonra yay istehsalat təcrübəsinin aparılmasında müəyyən problemlər var. Bu praktikanın adekvat və keyfiyyətli keçməsini təmin edə bilmirik. Təhsil ekspertlərinin apardığı ümumi təhlil nəticəsində yay praktikasının ləğvi haqqında fikir səsləndi. Odur ki, Elmi Şura bu barədə müzakirədən sonra ATU-da yay istehsalat təcrübəsinin ləğvinə dair qərar qəbul olundu”.
ATU-nun istehsalat şöbəsinin dekanı Tariel İsmayılov bildirdi ki, yay istehsalat təcrübələri semestr ərzində keçiriləcək. Qeyd olundu ki, istehsalat təcrüsbəsi kredit sistemi ilə aparılacaq. Nazirlər Kabinetinin əmrinə əsasən, tələbələr 30 kredit yerinə yetirməlidir. Əgər hansısa səbəbdən, kredit sayı az olsa, tələbələr əlavə kredit ödəməli olacaq.
ATU-nun II müalicə-profilaktika fakütəsinin dekan müavini Arzu Bəydəmirova, istehsalat təcrübəsi dekan müavini dosent Paşa Mehdiyev iştirak etdiyi görüşdə tələbələri maraqlandıran suallara aydınlıq gətirildi.