İtaliya universitetlərinin professorları ATU-da qonaq olub
Azərbaycan Tibb Universitetində (ATU) İtaliyanın müxtəlif universitetlərin nümayəndə heyəti ilə görüş baş tutub. Görüş zamanı ATU ilə İtaliyanın Sapienza,Daniel Pommiyr və Siena Universitetləri arasına əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
ATU-nun tədris işləri üzrə prorektor Sabir Əliyev qonaqlara universitetdəki təhsil sistemi haqqında ətraflı məlumat verib, universitetdə yüksək səviyyəli təhsil və tədris üçün hər cür şərait yaradıldığını bildirib. S.Əliyev ATU nəzdində 4 klinikanın fəaliyyət göstərdiyini, bu mərkəzlərin son texnoloji avadanlıqlarla təchiz olunduğunu da qonaqların diqqətinə çatdırıb.
Sapienza Universitetinin prorektoru, professor Andrea Carteni və Siena Universitetinin rektoru, professor Angelo Riccaboni təmsil etdikləri ali təhsil müəssisələri haqqında məlumat verdilər. Onlar Azərbaycan Tibb Universiteti ilə rezidentura təsili sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirdilər.
Görüşdə ATU-nun ümumi işlər üzrə prorektoru Natiq Xəlilov və həmkarlar təşkilatı komitəsinin sədri Cahangir Qasımov, tədris metodik və innovasiyalar şöbəsinin metodisti dosent Qorxmaz Əhmədov da iştirak ediblər. Sonda qonaqlara xatirə hədiyyəsi təqdim olunub.