Ictimai fənlər kafedrasında bayram tədbiri keçirildi
Toplantıda ictimai fənlər kafedrasının müdiri prof. Qoşqar Əliyev Azərbaycan bayrağının yaranması tarixi, onun əhəmiyyəti haqqında çıxış etdi. O, bu günün Azərbaycan Respublikası tarixində ən şərəfli və ləyaqətli səhifələrindən biri olduğunu bildirdi.
Q.Əliyev həmçinin Azərbaycan Konstitusiyasının önəmindən söz açdı. "Bir insan başqa ölkələrdə yaşayıb, yarada bilər. Amma o bilməlidir ki, onun bir vətəni var" deyən professor Qoşqar Əliyev Ana Yasanın 158 maddədən ibarət olduğunu, bunlardan 47-nin insan hüquqlarına həsr olunduğunu da xatırlatdı.
Daha sonra əczaçılıq texnologiyası təşkili və iqtisadiyyatı kafedrasının professoru Məhbubə Vəliyeva tədbir iştirakçılarını qarşıdan gələn bayramlar münasibətilə təbrik etdi. O, hər bir Azərbaycan vətəndaşı üçün Konstitusiya gününün böyük əhəmiyyət daşıdığını söylədi. Tədbirdə əczaçılıq fakültəsinin həmkarlar ittifaqının sədri dosent Yavər Vəliyev, baş müəllim Niyazi Namazov, dosent Vaqif İskəndərov, professor Fəxrəddin Məmmədov, dosent Paşayev Məmməd də iştirak ediblər.
Sonra növbə ATU-nun I və II kurs tələbələrinə çatdı. Onlar Azərbaycan Konstitusiyasına həsr olunmuş mühazirələri söylədilər. Kərimova Cəmilə (271 B ) "Azərbaycan Respublikası Konstitusiyasına hazırlanmasında ümummilli liderimiz H.Əliyevin xidmətləri", Məhsəti Aslanlı (270 B ) "Azərbaycan Respublikası Konstitusiyası haqqında", Nərmin Hüseynova (310 B ) "Konstitusiyada insan və vətəndaşların hüquq və azadlıqları", Vüsal Əvəzov (308 B ) "Azərbaycan Konstitusiyasının inkişaf mərhələləri", Gülnar İmaməliyeva (881 A) "Hüququn sosial əhəmiyyəti", Nərgiz Şirinova (279 B ) "Dini etiqad və vicdan azadlığı", Sevinc Əliyeva (271 B ) "Azərbaycan Konstitusiyasının tarixi", Məhsəti Səfərli (307 B ) "Konstitusiyanın funksiyaları", Şəbnəm Sadıqlı (660 B ) "1995-ci ildə baş verən hadisələr və Konstitusiyanın qəbulu", Lalə Kərimova (885) "Azərbaycan Respublikası Konstitusiyasında haqq bölgüsü məsələləri" mövzusunda mühazirələrlə çıxış etdilər.
Tədbirin sonunda müzakirələr əsnasında maraqlı mühazirələri ilə seçilən tələbələrə hədiyyələr təqdim olundu. Ümumi qiymətləndirmə nəticəsində Vüsal Əvəzov 1-ci, Şəbnəm Sadıqlı 2-ci və Nərmin Hüseynova ilə Məhsəti Səfərli 3-cü yerə layiq görüldülər.