ATU-da “Qanun” nəşriyyatının kitab sərgisi təşkil olunub

ATU-nun 4 saylı tədris binasının foyesində “Qanun” nəşriyyatının müxtəlif illərdə çap etdiyi kitabların sərgisi təşkil olunub.

 

Sərginin keçirilməsində əsas məqsəd gənclərin kitaba olan sevgisinin yaxından öyrənilməsi və onların kitaba marağının daha da artırılmasıdır.

 

Sərgi haqqında məlumat verən “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun sözlərinə görə, iki gün müddətində düzənlənən sərgidə öz dəyərindən aşağı 500 adda 3 minə yaxın kitab yayımlanıb. O, bildirib ki, “Qanun” nəşriyyatı ölkəmizdə otuz ilə yaxındır ki, fəaliyyət göstərir. Və bu illər ərzində bütün sahələr üzrə ən çox kitab çap edən bir nəşriyyatdır. Hal-hazırda sərgiyə çıxarılan kitablar arasında müxtəlif çap nümunələri ilə yanaşı, tibbin bir sıra sahələrindən bəhs edən kitablar da yer almışdır.

 

Burada tanınmış yazıçı və şairlərin, həmçinin görkəmli elm adamlarının müəllifi olduğu elmi, bədii və publisistik əsərlər nümayiş olunaraq geniş oxucu kütləsinə çatdırılıb. 

 

Sərgidə universitetimizin əməkdaşları və tələbələri fəal iştirak ediblər.