ATU-da “Sapiens 18 - beyin idarəsi və insan davranışları” adlı seminar keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Sapiens 18 - beyin idarəsi və insan davranışları” adlı seminar keçirilib. Tədbir “ORKHANWAY Coaching” şirkətinin təsisçisi, ABŞ-ın Linkoln Universitetinin məzunu Orxan Şahbazın təqdimatında aparılıb.

 

250 nəfərin iştirak etdiyi seminarda insanın cəmiyyətdə özünü düzgün idarə etməsi, insan beyninin davranışlaraa təsirindən danışılıb. İnteraktiv və diskusiya şəraitində keçən seminarda tələbələr arasında psixoloji test keçirilib və olduqca maraqla qarşılanıb.

 

Qeyd edək ki, ATU Tələbə Gənclər Təşkilatı bundan öncə də bu tipli seminar və layihələr həyata keçirib. Növbəti layihələr haqqında daha ətraflı məlumat almaq istəyən tələbələrin ATU-nun Tələbə Gənclər Təşkilatına üzv olması mütləqdir.