ATU tələbələri IV Bakı Beynəlxalq Tibbi Treninq günlərində iştirak ediblər

Bu il noyabrın 23-25-də Bakıda IV Beynəlxalq Tibbi Treninq günləri keçirilib. Tədbirdə Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri Sevda Ağayeva, Cavid Mustafazadə, Nübar Cavadzadə, Zərifə Cavadzadə, Əlisahib Mürşüdlü, Vüqar Əliyev, Təravət Sədrayeva, Zəminə Abdullayeva və Kamilə Qaraisalı iştirak ediblər.
Toplantıda Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Ukrayna, Almaniya və Özbəkistandan gəlmiş 300 iştirakçı olub.

 

Tədbirin ilk günündə dünyanın müxtəlif universitet klinikalarından gəlmiş professorlar referent və təlimçi qismində iştirak ediblər. Tədbirin ikinci günü Azərbaycan, Türkiyə, Ukrayna, Özbəkistan və Dağıstandan gəlmiş 150-ə yaxın iştirakçı üçün laparoskopik və ümumi cərrahiyyə, endoskopiya, ultrasonoqrafiya, radiologiya, ginekologiya, kardiopulmonar reanimasiya üzrə kurslar keçirilib.

 

Təlimlərdə Avropada həkimlərin davamlı tibb təhsili və ixtisasartırması məqsədilə tətbiq olunan ən müasir proqramlardan və xüsusi modellərdən istifadə edilib. Tədbir əsnasında tibb bacıları üçün də iki səviyyədə praktik vərdiş seminarları təşkil olunub.

 

Xatırladaq ki, tədbir Səhiyyə Nazirliyi tərəfindən də akkreditasiya olunaraq 18 Davamlı Tibbi Təhsil ballı ilə qiymətləndirilib. Tədbirin sonunda iştirakçılara beynəlxalq sertifikatlar təqdim olunub.