20-21 dekabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti, Ukrayna Təhsil Menecerləri Universiteti, Başkir Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə “İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf” adlı IV Beynəlxalq Elmi Konfrans keçirilib.
Konfransda Tədrisin müasir problemləri və idarə edilməsi, Təhsilin keyfiyyətinin qiymətləndirilməsinin metodologiyası və texnologiyası, Təhsilin keyfiyyətinin modernləşdirilməsinin psixoloji və sosial-iqtisadi aspektləri, Təhsilin keyfiyyətinin yüksəldilməsində innovasiyaların rolu kimi məsələlər müzakirə edilib.
Konfransda Azərbaycan Tibb Universitetini “Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri professor Akif Qurbanov və şöbəsinin əməkdaşı G Sultanova təmsil ediblər. A. Qurbanov “Bacarıqların tədrisinə və qiymətləndirilməsinə müasir yanaşmalar” adlı məruzə ilə çıxış edib. Məruzə, iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.