ATU-nun nümayəndələri İctimai Səhiyyə və İslahatlar Mərkəzində təşkil olunan təlimdə iştirak edib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Səhiyyə sistemində islahatların idarə edilməsi, Səhiyyə iqtisadiyyatı”mövzusu üzrə təlim təşkil olunub.

 

26 dekabr 2018-ci ildə başlayan təlimin 3 gün davam etməsi nəzərdə tutulub. Tədbirdə İSİM-in direktoru Qəhrəman Haqverdiyev və Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov çıxış edərək səhiyyə xidmətinin keyfiyyətinə tələbatın ildən-ilə yüksəldiyini haqqında danışıblar.

 

Tədbirdə Azərbaycan Tibb Universitetini İctmai sağlamlıq və səhiyyənin təşkili kafedrasının nümayəndələri - baş müəllim Yaqut Hacıyeva, assistent Aygün Babayeva, assistent Aynur Cəfərova, assistent Rəhmanə Rəsulova təmsil ediblər. İranlı mütəxəssislərin iştirakı ilə təşkil olunan təlimdə səhiyyə sistemində idarəetmənin təkmilləşdirlməsi, islahatların aparılması, tibb müəssisələrinin maliyyələşməsi, xəstəxana xərclərinin idarə edilməsi kimi aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılması, beynəlxalq təcrübənin təhlili və qiymətləndirilməsi nəzərdə tutulub.