ATU tələbələri balacaları sevindirdi

Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri Yeni il münasibətilə diqqətə ehtiyacı olan uşaqları sevindiriblər.

 

ATU-nun Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzini ziyarət ediblər. 

 

Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil olunan aksiyada 15 tələbə iştirak edib. Sığınacaqdakı 29 uşağa hədiyyələr paylanılıb, onların mədəni istirahətini təşkil etmək məqsədilə konsert proqramı təşkil olunub.

 

Konsertdə ATU-nun "Şəfa” xalq çalğı alətləri ansamblının nümayəndələri Fərham Namazov və Əziz Əhmədli çıxış ediblər.

 

Qeyd edək ki, gələcəkdə belə xeyriyyə aksiyalarının davam etdirilməsi nəzərdə tutulur.