ATU tələbələri IV Qış Elm Festivalında iştirak ediblər

Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri Bakı Mühəndislik Universitetinin təşkil etdiyi Qış Elm Festivalında iştirak ediblər. Artıq 4-cü dəfədir təşkil olunan Festival ali təhsil müəssisələrinin tələbələrini bir platformada birləşdirərək, elmi yeniliklər, gənclərin startup layihələrinə dəstək məqsədi daşıyır. Burada 20-dən çox ali təhsil müəssisəsindən 100-dən çox layihə nümayiş etdirilib. Festivalda ATU-nu 3-cü kurs tələbələri Cavid Mustafazadə və Sevda Ağayeva “Orqan çatışmazlığı - bu bir son deyil” layihəsi ilə təmsil ediblər.

 

Layihə festival iştirakçıları tərəfindən maraqla qarşılanıb. Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov da ATU tələbələrinin layihəsini yüksək qiymətləndirib, onlara uğurlar diləyib. Sonda tələbələr sertifikatla təltif ediliblər.