Professor Sabir Əliyev "İlin prorektoru" seçildi

Azərbaycan Tibb Universitetinin prorektoru professor Sabir Əliyev “İlin prorektoru” seçilib. S.Əliyev Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən təsis edilən bu titula layiq görülüb.

 

Ötən ilin son günlərində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə 2018-ci ilin nominasiyalarını təqdim etmək üçün ziyafət tədbiri keçirilib.

 

Tədbirdə Milli Məclisin deputatı Şahin İsmayılov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək öz ürək sözlərini tələbələrlə bölüşüblər. ATGTİ-nin 9 illik fəaliyyətinin tələbələrə yaratdığı fürsətlərdən danışıb, həmçinin bundan sonrakı fəaliyyətdə də yeni sədr və yeni kollektivə uğurlar arzulayıblar.

 

Daha sonra müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub.

 

Tədbir zamanı ATGTİ ilə sıx əməkdaşlıq edən, təhsil müəssisəsində gənclərin sosial fəaliyyətinə qayğı və dəstək göstərən ali və orta ixtisas təhsil müəssisələrinin prorektorları "İlin Prorektoru" mükafatı ilə təltif ediliblər. Fəxrlə qeyd edirik ki, ATU-nun tədris və müalicə işləri üzrə prorektoru,əməkdar elm xadimi, professor Sabir Əliyev də qeyd olunan nominasiya üzrə təltif olunub.

 

Tədbirdə ATU TGT-nin idarə heyətinin üzvləri də iştirak ediblər.