Dekabrın 23-də Tədris Cərrahiyə klinikasında seminar keçirilib. Seminarda Rezident Lalə Qəhrəmanlı “Anemiyalar və onların laborator diaqnostikası” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi anemiyaların mahiyyəti, növləri, onların laborator diaqnostikası, eritrositar kütlənin azalması və s. barədə ətraflı məlumat verib.
L.Qəhrəmanlının məruzə ətrafında hazırladığı slayd iştirakçılarda marağa səbəb olub. Seminarın sonunda məruzə ilə bağlı verilən suallara rezident əhatəli şəkildə cavab verib.