Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyasında “Praktik ümumi tibbi mikrobiologiya” kursu keçirilib. Kurs, laboratoriyanın müdiri İgəndər Karaltı və keyfiyyət üzrə menecer Sevinc Qəmbərovanın təşkilatçılığı ilə baş tutub.
Kursda ümumi vasitələr, alətlər və avadanlıqlarla tanışlıq, qidalı mühitlərin hazırlanması, inokulyasiya, pasajetmə metodları, mikrorqanizmlərin təsnifatı, boyama metodları, stok metodları, identifikasiyada istifadə edilən sürətli testlər, biokimyəvi indefikasiya testləri, nümunə alma və nümunədən imtina kriteriyaları mövzuları ətrafında mühazirələr dinlənilib və praktik iş aparılıb.
Qeyd edək ki, kurs 2 gün davam edib.