Tibbi biologiya və genetika kafedrasının əməkdaşları, baş müəllimlər Aynur Ənsərova, Pərvanə Mahmudova, assistent Gülnarə Vəliyeva və müəllim Zümrüd Abaszadənin birgə əməkdaşlıgı ilə yaxın günlərdə 2 dərs vəsaiti isıq üzü görüb.
İlk dərc olunan vəsait hazırlıq şöbəsinin Azərbaycan bölməsində təhsil alan dinləyicilər üçün nəzərdə tutulmuş "Hazırlıq şöbəsinin müdavimləri üçün testlər toplusu" adlanır.
Bu dərs vəsaiti Universitetimizdə tədrisə cəlb edilən və tələbə adı qazanmaq istəyi olan dinləyicilərin biologiya fənni üzrə keçilən dərsləri daha asan mənimsəməsinə təkan vermək və onların testlərlə işləmək vərdişini sürətləndirmək məqsədilə işlənib hazırlanıb.
Digər dərs vəsaiti isə "Genetikadan məsələlər məcmusu"dur. Kafedrada genetika bölməsinin həm hazırlıq şöbəsinin dinləyicilərinə, həm də I kurs tələbələrinə tədris olunduğunu nəzərə alsaq, bu toplunu da ilk vəsait qədər yararlı mənbə hesab etmək olar. Müəlliflərin sözlərinə görə, kafedra əməkdaşlarının birgə fəaliyyətinin bu cür uğurla nəticələnməsi sevindirici haldir. Hər 2 dərs vəsaitinin elmi redaktoru olan kafedranın baş müəllimi Kaamil Çobanov da vəsaitlərdə materialların muasir meyarlara tam uyğun şəkildə toplandğını vurğulayıb, nəşr edilən hər bir vəsaitin elmə yeni nəfəs və baxış gətirdiyini açıqlayıb. Müəlliflər hər iki vəsaitdən orta məktəb və lisey sagirdləri, habelə abituriyentlerin də faydalana biləcəklərini deyiblər.