Qazi Universitetindən qonaqlar ATU-da olub
Görüşdə ATU-nun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rəhimə Qabulova, universitet rektorunun müşaviri Mübariz Allahverdiyev, mətbuat katibi Günel Aslanova iştirak ediblər.
Görüş zamanı bəlli olub ki, Türkiyədən gələn qonaqlar Xocalı soyqırımına aid sənədli film hazırlayırlar. Onlar filmin çəkilişləri üçün material toplamaq üçün Bakıda görüşlər keçirirlər. M.Allahverdiyev qonaqlara Dağlıq-Qarabağ münaqişəsi, Ermənistanın işğalçı siyasəti və bilavasitə Xocalı soyqırımı haqqında məlumat verilib. Daha sonra Türkiyəli nümayəndələr ATU-nun nəzdindəki 4 saylı yataqxana - hazırda qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yataqxana ilə tanış olublar.
Qeyd edək ki, bu il Qazi Universitetində Xocalı soyırımına həsr olunmuş tədbir keçirilib.