(+99412) 597-38-98
Türkiyəli rektorlar Tibb Universitetində qonaq olub
Nümayəndə heyəti ilə görüşdə rektor, akademik Əhliman Əmiraslanov Tibb Universitetinin tarixi, fəaliyyəti, nailiyyətləri haqqında çıxış etdi. Rektor yaxın gələcəkdə ATU-da həyata keçiriləcək yeni layihələrdən də söz açdı.
Görüş zamanı Türkiyənin Medipol Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalandı. Bu sənəd hər iki universitet həkim-müəllimlərinin təcrübə mübadiləsini nəzərdə tutur. Türkiyənin İstanbul Universitetinin rektoru Yunus Söylet isə 2015-ci ildə Uro-onkologiya üzrə beynəlxalq konqresin Bakıda keçirilməsini təklif etdi. Konqresin Tibb Universitetində keçirilməsi ilə bağlı ilkin razılıq əldə olundu.