Qazi Universitetinin çəkiliş qrupu Əhliman Əmiraslanovla görüşüb
Türkiyənin məşhur Qazi Universiteti Xocalı Soyqırımının daha geniş tanıdılması istiqamətində bir neçə ildir Azərbaycan Tibb Universiteti ilə ortaq layihə həya ta keçirir. Bu layihə çərçivəsində Azərbaycan Tibb Universitetinin dəvəti ilə Qazi Universitetindən gəlmiş çəkiliş qrupu Azərbaycan həqiqətləri, Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi ilə bağlı proqram hazırlamaq üçün Azərbaycanda səfərdədir.
Dünən çəkiliş qrupu millət vəkili, akademik Əhliman Əmiraslanovla görüşüb. Görüş zamanı Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, Azərbaycan-Türkiyə qardaşlığı və münasibətlərinin bu günü və gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Rektor Əhliman Əmiraslanov Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində göstərdikləri yardıma görə çəkiliş qrup üzvlərinə təşəkkür edib.