Saatlı sakinləri pulsuz müayinədən keçdi
Milli Məclisin 65 saylı seçki dairəsindən seçilmiş deputatı, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun təşəbbüsü ilə ötən həftə Saatlı rayonunda xeyriyyə aksiyası keçirilib. Aksiya çərçivəsində rayonun bir neçə kəndinin sakinləri Saatlıya ezam olunmuş həkim briqadası tərəfindən pulsuz müayinədən keçiriliblər.
Tibb işçiləri Saatlının Varxankənd, kəndində əhalini pulsuz müayinə ediblər. Bu xeyriyyə aksiyasında iştirak etmək üçün rayonun başqa kəndlərindən də gələnlər olub. Müayinələrdən sonra səhhətində problem olan bəzi sakinlər müalicə olunmaq üçün Bakıya göndərilib. Aksiyada ass.Əmənullayev Nuran (nevropatoloq), dos.Orucov Elxan (endokrinoloq), dos.Hüseynov Nazim (pediatr), ass.Bağırova Arzu (USM həkimi), dos.Ağayev Elçin (cərrah), dos.Qəhrəmanov Hafiz (oftalmoloq), ass. Seyidəliyeva Sevinc (ginekoloq) həkimlər iştirak ediblər. Pulsuz müayinə kampaniyası 29 noyabr-1 dekabr tarixləri arasında baş tutub.