(+99412) 597-38-98
Ən yaxşı tələbə elmi tədqiqatçı bəlli oldu
Tədbirdə ilk çıxış edən ATU rektoru Əhliman Əmiraslanov tələbələrin elmi işlərinə böyük önəm verildiyini bildirdi: "Tələbələrin Elmi Cəmiyyətinə olan marağını artırmalıyıq. Onları yeni nailiyyətlərə əldə etmək üçün həvəsləndirməliyik". Akademik Ə.Əmiraslanov hər bir kəsi bu məsələ fəal olmağa, kafedra nümayəndələrinə bu məsələyə diqqətlə yanaşmağı tövsiyyə etdi.
Akademik Ə.Əmiraslanov gələcəkdə ATU-nun təşkilatçılığı ilə Tələbə Elmi Cəmiyyətlərinin beynəlxalq konfransının keçirilə biləcəyini də istisna etmədi. Rektorun sözlərinə görə, belə bir tədbiri təşkil etmək üçün Tibb Universitetinin imkanı var.
Daha sonra "İlin ən yaxşı elmi tədqiqatçı-tələbəsi" müsabiqəsinin iştirakçıları öz məruzələrini təqdim etdilər. Hər bir tələbəyə məruzə üçün 5 dəqiqə vaxt ayrılmışdı. Onların işləri 6 nəfərlik professor və dosentlərdən ibarət Münsiflər Heyəti tərəfindən dəyərləndirildi. Məruzəçilərin adlarını və onların müsabiqəyə təqdim etdikləri mövzular aşağıdakılardır:
1. Tamerlan Əzizov - Mədə və oniki barmaq bağırsağın xora xəstəliyinin klinik gedişinin bəzi xüsusiyyətləri (I müalicə-profilaktika fakultəsi)
2. Mehriban Hüseynova - Применение пробиотиков при инфекциях дыхательных путей (II müalicə-profilatika fakultəsi)
3. Səlfinaz Hacıyeva - Синтез и стабилизация наночастц железа, исследования их свойств биологических обектах (Əczaçılıq fakultəsi)
4. Qasım Əmrahlı - Сравнительный анализ нервно-психического развития и качества ж страшеклассников города Баку (Tibbi-biologiya və Tibbi-profilaktika)
5. Rizvan Rüstəmov - Miller-Fisher sindromu (Pediatriya fakultəsi)
6. Xəyal Aslan - Odontogen radikulyar kistaların diaqnostikası və müalicə taktikası (Stomatologiya kafedrası)
Beləliklə, yekunda münsiflərin qərarına əsasən Səlfinaz Hacıyeva, Rizvan Rüstəmov və Xəyal Aslanın işləri fərqləndirildi. Onlar "İlin ən yaxşı tələbə elmi tədqiqatçısı" müsabiqəsində ilk yerlərə layiq görüldülər. Müsabiqə iştirakçılarının hamısı diplomla təltif olundu.