(+99412) 597-38-98
"5 gunlük rezident ol-2 " layihəsi başladı
Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar Ittifaqi Komitəsi "5-gunlük rezident ol-2 " layihəsinə start verib. Layihəyə qatılmaq üçün 158 tələbə qeydiyyatdan keçib. Bu tələbələrdən 50-i layihəbdə iştirak etmək hüququna malik olacaq.
İştirakçıların seçimində Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elşad Novruzov və qurumun təmsilçiləri Şəmsi Nuriyev, Nicat Mehrəliyev, Növrəstə Atayeva iştirak ediblər. Müsahibə zamanı tələbələrin layihəyə nə dərəcədə həvəsli olduqları barədə söhbət aparılıb.
Qeyd edək ki, layihədə iştirak edən tələbələr ATU-nun kafedralarında 5 gün rezident həkim kimi işləyəcəklər