Azərbaycan Tibb Universiteti ve Türkiyənin Hacettepe Universiteti arasında eczaçılıq sahəsinin inkişafıyla bağlı görüş keçirilib
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmiraslanov bu günlərdə Hacettepe Universitetindən olan qonaqları qəbul edib.
Görüş zamanı Hacettepe Universitetinin əczaçılıq fakültəsinin dekanı professor Dr. Bülent Gümüşel Əhliman Əmiraslanova olan sayğısından söz açıb. Əczaçılığın Türkiyədə necə önəmli sahə olduğunu vurğulayan B.Gümüşel bildirib ki, Azərbaycanda da əczaçılığa böyük diqqət ayrılmalıdır:
"Ötən il Türkiyədə əczaçılıqla bağlı protokol imzalanıb. Biz ATU-nun əczaçılıq fakültəsinin dekanı ilə bu işin üstünə düşmək istəyirik".
Ə.Əmiraslanov isə öz növbəsində ATU-nin maliyyə büdcəsindən bu il əczaçılıq fakültəsi üçün pul ayrıldığını deyib:
"Bizə əsas olan uzman mübadiləsidir".
Qeyd edək ki, görüşdə həmçinin Prof.Dr. Belma Gümüşel, Uzm.Dr. Yeganə Özcan, ATU əczaçılıq fakültəsinin dekanı prof. Tahir Süleymanov iştirak ediblər.
Görüşün sonunda qonaqlar Əhliman Əmiraslanova kitab hədiyyə ediblər.