15 -17 noyabr tarixlərində Türküyənin Antalya şəhərində 6-cı Beynəlxalq Dodaq və Damaq yarıqları konfransı keçirilib.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının plastik və konstruktiv cərrahı, professor Vaqif Qələndər konfransa məruzəçi qismində dəvət olunub.
Qeyd edək ki, beynəlxalq tədbirdə anadangəlmə dodaq və damaq qüsurlu Uşaqlarda müasir yeni müalicə protokolları müzakirə olunub.
Konfransda məruzə ilə çıxış edən V. Qələndər tədbir iştirakçıları ilə öz təcrübəsini bölüşüb. O, bu cür qüsurlarla doğulmuş pasiyentlər üzərində apardığı bərpa əməliyyatları barədə məlumat verib. Müasir cərrahiyyədə belə əməliyyatların tətbiqi və nəticələri haqqında danışıb.