Bioloji kimya kafedrasında “Kamilliyə səsləyən poeziya” adlı tədbir keçirilib

Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasının Həmkarlar İttifaqı Komitəsinin dəstətəyi ilə adıçəkilən kafedrada dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 İlliyinə həsr olunmuş “Kamilliyə səsləyən poeziya” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan kafedranın müdiri, professor Gülnarə Əzizova şairin həyatı və yaradıcılığı ilə bağlı qısa məlumat verib. İ.Nəsimini dövrünün fəlsəfəsini yaxşı mənimsədiyini və söz qüdrətindən məhatətlə istifadə etməklə özünün bənzərsiz fəlsəfi poeziyasını yaratdığını qeyd edən professor G.Əzizova şairin yaradıcılığından nümunələr də səsləndirib.

 

Tədbirdə Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev, İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev də çıxış edib. Natiqlər Nəsimi fəlsəfəsi, onun ana dilimizin incəliklərindən istifadə edərək gözəl poeziya nümunələri yaratdığıdan söhbət açıblar. Stomatologiya fakültəsinin tələbələri Mohəmməd Ərdəbili, Kave Fərayedinin səsləndirdiyi şeirlər tədbir iştirakçılarının zövqünü oxşayıb.

 

Kafedranın əməkdaşı Hikmət Məmmədovun Nəsimi obrazında tarın sədaları altında səsləndirdiyi qəzəllər insanlarda yeni ovqatın yaranmasına səbəb olub. Həmçinin tədbirin yüksək zövqlə tərtibatı da diqqdən qaçmayıb və hər kəs tərəfindən təqdir olunub.