ATU-nun kitabxana nümayəndələri “Akademik kitabxanaların inkişaf perspektivləri: 24/7 modelindən yeni hədəflərə doğru” adlı forumda iştirak ediblər

28-29 noyabrda “Akademik kitabxanaların inkişaf perspektivləri: 24/7 modelindən yeni hədəflərə doğru” adı altında Universitetlərarası I Kitabxana Forumu keçirilib. Forum Azərbaycan İqtisad Universitetində baş tutub.

 

Forumda Azərbaycan Tibb Universitetinindən (ATU) elmi işlər üzrə prorektoru Rauf Bəylərov, kitabxananın direktoru Ziyafət Eminova və kitabxananın 4 əməkdaşı iştirak edib.

 

Əsaslı Kitabxananın direktoru Ziyafət Eminova “ Azərbaycan Tibb Universitetinin Əsaslı Kitabxanasında yeni dövr oxuculara xidmət işi haqqında” məruzə ilə çıxış edib.

 

Z.Eminova çıxışında yeni dövr - tələbə gənclərin, elmi tədqiqatçıların biliklərə yiyələnməsində ali təhsil kitabxanalarının qarşısında duran mühüm vəzifə və tapşırıqlardan, Əsaslı kitabxanada Elektron kataloq və kitabxananın yaranmasından , oxucuların Ebsco beynəlxalq elektron nəşriyyatının resurslarından istıfadəsindən, virtual oxu zalının və digər oxu zallarının müasir tələblər səviyyəsində qurulmasından və oxuculara xidmətindən geniş şəkildə bəhs edib.

 

Forumda yeni dövr universitet kitabxanalarının birgə əməkdaşlığı haqqında bir sıra təkliflər irəli sürülüb.