“Laboratoriya işi” ixtisası üzrə rezidentlərin buraxılış yekun attestasiyası keçirilib

ATU-nun biokimya kafedrasının elmi-tədqiqat və tədris təcrübə bazasında rezidentlərin biliklərinin qiymətləndirilməsi üçün yekun attestasiyası keçirilib.

 

Attestasiyada ATU-nun müxtəlif klinikalarında, Mərkəzi Neftçilər Xəstəxanasında, Respublika Diaqnostika Mərkəzində, Mərkəzi Klinik Xəstəxanada və DİN-nin A.Heydərov adına Mərkəzi Klinik Hospitalında yüksək ixtisaslı mütəxəssis həkim kimi baza təhsili almış 13 rezident iştirak edib.

 

Attestasiya komissiyasının tərkibinə ATU-nun biokimya kafedrasının, Ə.Əliyev adına Respublika Həkimləri Təkmilləşdirmə İnstitutunun laborator-diaqnostika kafedrasının və B.Eyvazov adına ET Hematologiya və Transfuziologiya institutunun mərkəzi laboratoriyasının əməkdaşları daxil idi. Rezidentlərimiz yüksək nəzəri biliklər və praktik vərdişlər nümayiş etdirərək xalqımızın sağlamlığı keşiyində fədakar əməyə hazır olduqlarını göstəriblər.