Dekabrın 3-də Azərbaycan Tibb Universitetinin İctimai fənlər kafedrasında Nəsimi rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Nəsimi rayon Gənclər və İdman İdarəsinin, rayon üzrə Dairə Seçki Komissiyalarının əməkdaşlarının tələbələrlə görüşü keçirilib.
Kafedranın müdiri, professor Qoşqar Əliyev görüşün əsas məqsədinin tədbir iştirakçılarına ölkəmizdə 23 dekabr 2019-cu ildə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı ətraflı məlumat vermək və ilk dəfə seçkidə iştirak edəcək gəncləri hüquq və vəzifələri ilə yaxından tanış etməkdən ibarət olduğunu bildirib.
Sonra Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev, 21 Saylı Birinci Dairə Seçki Komissiyasının sədri Çingiz Dadaşov, 22 Saylı İkinci Dairə Seçki Komissiyasının sədri Vaqif Qasımov, 23 Saylı Nəsimi-Səbail Dairə Seçki Komissiyasının sədri Ağabala Quliyev çıxış ediblər. Onlar çıxışlarında ölkə başçısının gənclərə yaratdığı şəraitdən, onlara etibar edilərək ölkə həyatı üçün mühüm vəzifələrə təyin edilmələrindən, Dairələrdə seçkiqabağı vəziyyət, namizədlərin sayı, seçicilərin seçkilərdə iştirakı və.s ilə bağlı məsələlərdən söhbət açıb, gəncləri səsvermədə fəal olmağı tövsiyə ediblər.
Tələbələri maraqlandıran suallar qonaqlar tərəfindən əhatəli şəkildə cavablandırılıb. Görüş işgüzar şəraitdə başa çatıb.