I Müalicə-profilaktika fakültə Elmi Şurasının iclası keçirilib

Dekabrın 3-də I Müalicə-profilaktika fakültə Elmi Şurasının iclası keçirilib. İclası adıçkilə fakültənin dekanı, dosent Elşad Novruzov açaraq, iclasın gündəliyi ilə bağlı iştirakçıları tanış edib.

 

Dermotovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudov rəhbərlik etdiyi kafedranın fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış edib. Sonra elmi ad və elmi dərəcələrı almaq istəyən dissertant və doktorantların dissertasiya işlərinin annotasiyaları dinlənilib.

 

İclasda həmçinin müxtəlif məsələlər müzakirəyə çıxarılıb və müsabiqə yolu ilə kafedralara işə götürülənlər iştirakçılara təqdim olunubdur.

 

Fakültə Tələbə Elmi Cəmiyyətinin sədri, professor Rafiq Təhməzov fəaliyyət göstərdiyi dövrdə etdiyi xidmət dekanlıq və rektor tərəfindən yüksək qiymətləndirilib və təşəkkürnamə ilə təltif edilib.

 

Professor, işlərinin çoxluğu və səhhətindəki problemlə əlaqədar TEC-ə rəhbərlik etməkdə çətinlik çəkdiyini bildirib. Onun müraciəti nəzərə alınıb və professor R.Təhməzov dosent Rəna Rzayeva ilə əvəz olunub.