Elmi-praktik seminar keçirilib

Dekabrın 5-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim və rezidentlər üçün elmi-praktik seminar keçirilib.

 

Seminarda “Tirod funksional testlərinə baxış: Tiroid rezistentlik sindromu, eutiroid xəstə sindromu” mövzusunda TCK-nın həkim-endokrinoloqu İlkin Əhmədli, “Tiroid düyünlərinin qiymətləndirilməsində TİRADS-ın əhəmiyyəti” mövzusunda t.ü.f.d Azər Hümmətov çıxış ediblər. Məruzəçilərin etdiyi çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Seminar sual-cavab əsnasında öz işini yekunlaşdırıb.