(+99412) 597-38-98
Universitet ABŞ Səfirliyindən qonaqlar qəbul etdi
ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri Azərbaycan Tibb Universitetinin (ATU) Beynəlxalq əlaqələr şöbəsində qonaq olub. ABŞ səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri M.Kelly Cullum və səfirliyin ABŞ Ordusu Əlaqələr üzrə Koordinatoru Khalid K. Husseinlə görüş zamanı qonaqlara ATU-nun beynəlxalq əlaqələri, tələbələr üçün olan mübadilə proqramları haqqında məlumat verilib. Görüşdə ATU-nun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rəhimə Qabulova, Təhsil Nazirliyinin nümayəndəsi Tamilla Əliyeva, universitetin Ümumi işlər üzrə prorektoru Natiq Xəlilov və mətbuat katibi Günel Aslanova, həmçinin tələbələr iştirak ediblər.
R.Qabulova ATU-nun Amerika təhsil müəssisələrin ilə sıx əməkdaşlıq niyətində olduğunu açıqladı: "Tibb Universitetinin ilə Avropanın aparıcı təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi həyata keçirilir. Daha çox yuxarı kurs tələbələri xarici ölkələrdə təcrübə keçirlər".
Prorektor Natiq Xəlilov öz növbəsində qonaqlara universitet, ATU-nun klinikaları və kafedraları haqqında qısa məlumat verdi.
K.Cullum ABŞ səfirliyinin xətti ilə Azərbaycanda təhsil sahəsində müxtəlif istiqamətlərdə proqramların icra olunduğunu bildirdi. Onun sözlərinə görə, hazırda tibb təhsil sahəsində layihələr icra olunmasa da, digər qurumların yaratdığı imaknlardan yararlanmaq mümkündür. Cənab Cullum həmçinin azərbaycanlı tibb tələbələrinin Amerikaya səfərinin təşkilinə yardım göstərəcəyini də bildirdi.