Almaniyada cərrahiyyə sahəsində rezidentura
Həkimlər və Təbib Tələbələr İctimai Birliyi Azərbaycan Gənclər Fondunun (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) XII qrant müsabiqəsi çərçivəsində qalib olan "Diplomdan sonrakı təhsildə təcrübə mübadiləsi" adlı layihənin icrasını həyata keçirmişdir. Layihə Azərbaycan Tibb Universiteti ilə yaxın əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir.
Görüşdə iştirak üçün "DRK Kliniken Berlin” Klinikasının Damar Cərrahlığı Klinikasının Direktoru Dr.med. Gunay Kalender, "Frankfurt Höchst” Klinikasının Damar Cərrahlğı Bölməsinin rəhbəri Dr.med. Sayed Nasir, Frankfurt Höchst” Klinikasının Ümümi və Döş Qəfəsi Cərrahlığı bölməsinin cərrahı Dr.med. Yagublu, Vugar dəvət olunmuşdur.
Seminar zamanı Azərbaycan Tibb Universitetində təhsil alan rezidentlərə və tələbələrə alman cərrahi rezidenturasının quruluşu, həcmi və üstünlükləri haqqında məlumatlandırmaqdırmaq onlara yaxşı mütəxəsis olma yolunda öz "yol xəritə" lərinin müəyyən etmələrində dəstək olmaq və alman diplomdan sonrakı təhsil sistemi ilə davamlı əməkdaşlıq yollarının müzakirəsi həyata keçirilmişdir. Həmçinin tədbirdə 2020-ci ildən başlanması planlanan cərrahi rezidentlər üçün mübadilə imkanları barədə məlumat verilmişdir.
"Həkimlər və Təbib Tələbələr" İctimai Birliyi 1992-ci ildən fəaliyyət göstərir, tibb təhsili və səhiyyənin inkişafına töhvə vermək məqsədilə müxtəlif layihələr həyata keçirir. Təşkilat 2007-ci ildən dünyadakı 130-a yaxın ölkədən olan 1.3 milyon tibb tələbələrini birləşdirən Beynəlxalq Tibb Tələbələri Assosiyasiyaları Federasiyasının (International Federation of Medical Students' Assocations - IFMSA ifmsa.org) tam hüquqlu üzvü olub, federasiyanın ikitərəfli mübadilə proqramlarında yaxından iştirak edir.
Almaniyada cərrahi rezidentlər üçün mübadilə imkanları
"Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) maliyə dəstəyi ilə "Diplomdan sonrakı tibb təhsilində təcrübə mübadiləsi” layihəsi çərçivəsində növbəti seminarını həyata keçirmişdir.
Heydelberq Univeristetinin Mannheim Cərrahiyyə mərkəzinin cərrahı Dr.med. Yaqublu cərrahi rezidentlər üçün Almaniyada elmi və kliniki mübadilə imkanları barədə məlumat vermək və cərrahi rezidentlerlə fikir mübadiləsi aparmaq üçün rezidentlərlə görüşdə iştirak etmişdir.
Görüş zamanı Dr.med. Yaqublu Alman Akademik Mübadilə Xidməti (DAAD)-nin inkişaf etməkdə olan ölkələrə bilik və vərdişlərin nəqli sahəsində yeni proqramları barədə məlumat vermişdir. Proqram çərçivəsində azərbaycanlı cərrahi rezidentlər üçün 2020-ci ildən başlayaraq
• Bir aylıq kliniki mübadilə
• 1-3 aylıq elmi mübadilə
• İldə bir dəfə tanınmış alman cərrahları tərəfindən təlim seminar həyata keçirilməsi mümkündür.
Tədbirdə həmçinin IFMSA (International Federation of Medical Students Associations - Beynəlxalq Tibb Tələbələri Assosiyasiyaları Federasiyası) mübadilə proqramlarının modeli, AzerMDS-in IFMSA mübadilə proqramlarında 10 ildən artıq təcrübəsi barədə məlumat verilmişdir. Tədbirdə rezidentlərlə yanaşı, Azərbaycan Tibb Universitetinin tələbələri və gənc həkimlər də iştirak etmiş və mübadilə proqramları böyük maraqla qarşılanmışdır.