ATU nümayəndələri "Open Access" mövzusunda seminarda iştirak ediblər
Azərbaycan Tibb Universitetinin əməkdaşları AR Təhsil İnstitutunda "Azərbaycan ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi" layihəsi çərçivəsində "Open Access" mövzusunda seminarda iştirak ediblər.
Seminarda ATU-nu Təhsilin keyfiyyətinin təminatı və Innovasiya şöbəsinin müdiri Nigar Sədiyeva, əsaslı kitabxananın nümayəndəsi Vüsalə Medhiyeva və elm metrika üzrə koordinator Sevinc Muxtarova təmsil ediblər.
Beynəlxalq ekspert Daniel Spichtinger tərəfindən aparılan seminarda Open Access-in mahiyyəti və istifadə metodları, Open Access sisteminin qurulması və Azərbaycanda bu sahədə görülən işlər barədə ətraflı məlumatlar verilmiş və planlar barədə müzakirələr aparılıb.