Bu gün Tədris Terapevtik Klinikada MEDEA layihəsi üzrə növbəti məlumat günü keçirilmişdir
Bu gün Tədris Terapevtik Klinikada Azərbaycan Tibb Universitetinin iştirakçısı olduğu, Avropa Komissiyası Erasmus Mundus Programının 2013-cü ilin Noyabr ayında start götürmüş MEDEA layihəsi üzrə növbəti məlumat günü keçirilmişdir. Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri dos Qabulova Rəhimə Avropanın 10 universiteti ilə Tibb, Əczaçılıq, Stomatologiya, Səhiyyənin Təşkili, Tibb bacısı təhsili kimi sahələrdə tələbə,magistr, müəllim, doktorant mübadiləsi imkanları haqda ətraflı məlumat vermiş, bu proqramın tələblə və magistlər üçün geniş imkanlar açdığı bir daha vurğrlanmışdır. Görüşdə ATU-nun müxtəlif fakültələrində bakalavr və magistr pillələrində təhsil alan tələbələr iştirak etmişlər. Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
MEDEA proqramı haqda məlumatı əlavə olaraq, layihənin saytından almaq mümkümdür: http://www.ema2-medea.com. Suallarla ATU-nun Beynəlxalq Əlaqələr şöbəsinə müraciət edə bilərsiniz. Facebook səhifəmiz AMU ERASMUS MUNDUS.