Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının əməkdaşları şagirdlər arasında “Sağlam qidalanma, zərərli qidalar” mövzusunda maarifləndirmə seminarı keçirirlər. Seminarda səmərəli qidalanmanın əhəmiyyəti, faydalı və zərərli qidaların uşaq orqanizminə təsiri, sağlamlığının qorunması istiqamətində biliklər verilir.
Tədbir Bakı şəhəri məktəblərində "Sağlam Təhsil- Sağlam Millət" layihəsi çərçivəsində təşkil olunur. Tədbirlərdə kafedranın əməkdaşları - dosent Zöhrə İsmayılova, dosent Sədaqət Həsənova, dosent Nigar Süleymanzadə, assistent İradə Mustafayeva və baş laborant Nərminə Məmmədzədə iştirak edirlər.