İran İslam Respublikasının Azərbaycandakı Səlahiyyətli Səfiri Cavad Cahangirzadə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, Professor Gəray Gəraybəyli arasında görüş keçirilib.
Görüşdə rektor G.Gəraybəyli ATU-nun ölkə uniersitetləri arasında əcnəbi tələbə sayına görə birinci yerdə olduğunu qeyd etdi: “Bizdə 6000-ə yaxın tələbə təhsil alır. Onlardan 2404-ü xarici tələbə vətəndaşlarıdır. Bizim İran ölkəsinin bir çox universitetləri ilə sıx əlaqələrimiz var. Amma mən istərdim ki, bu əlaqələr təkcə tələbə mübadiləri və ya birgə tədbirlərin keçirilməsi ilə yekunlaşmasın. Həmçinin gələcəkdə birgə elmi işlərin aparılmasında, tələbələrin elmi işlərə cəlb olunmasında da rolu olsun. Biz universitet olaraq, xarici tələbələrin rahatlığı üçün qəbul qaydaları da da dəyioşdik. Tam şəffaf olan skype intervu sisteminə keçid etdik. Bir sır keçid şərtləri, balları qoyduq”.
Rektor Gəray Gəraybəyli ATU-da ümumi 784 nəfər İranlı vətəndaşın təhsil aldığını qeyd etdi. Onlardan 562-si tələbə, 211-i hazırlıq kurs dinləyicisi, 11-i rezidentlərdir.
Iran Islam Respublikasının Azərbaycandaki Səlahiyyətli Səfiri Cavad Cahangirzadə artıq 3 ildir rektorsuz, ciddi dəyişikliklər hiss olunur. Çünki, bizə gələn tələbə şikayətləri, valideyn şikayətləri olduqca azalıb hətta yox səviyyəsindədir. Buna görə sizə təşəkkür edir və sizə köməklik etmək istəyirik. İranda olduqca inkişaf emiş universitetlər, klinikalar var. Bizim ölkədən Azərbaycanda 800 tələbə təhsil alır, elə onların 784-ü sizdədir. Ona görə bizim sizinlə əlaqələrimiz sırf, qardaşlıq əlaqəsi olmalıdır. Diplomların tanınması üçün bir sıra addımlar ataq, strategiya qurun, təqdim edin və qarşılıqlı onu işə salaq.
Qeyd edək ki, görüşdə İran islam Respublikasının Azərbaycandaki səfirinin müavini Yusif Kordi, ATU-nun ümummi işləri üzrə prorektoru Tahir Vəliyev, beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, xarici tələbələrlə iş üzrə dekan, dosent Qorxmaz Əhmədov iştirak ediblər.