Şüa diqanostikası və terapiyası şöbəsində fərqli rakursda mühazirə

Azərbaycan Tibb Universitetinin Şüa diqanostikası və terapiyası kafedrasının müdiri Məlahət Sultanova Tədris Cərrahiyyə Klinikasında II Müalicə-profilaktika fakültəsinin III kurs tələbələrinə fərqli rakursda mühazirə deyib. Mühazirə “Şüa diqanostikası metodlarının əsasları” mövzusunda olub və tələbələrə şüa diqanostikası haqqında, radiologiya şöbəsi və fəaliyyəti barədə məlumat verilib. Fərqlilik isə ondan ibarət olub ki, mühazirə zamanı tələbələr canlı radiologiya şöbəsinə bağlanıb, rentgen, kompyuter-tomoqrafiya, ulturasəs kabinetlərində gedən işlər, hansı müayinələrin aparılması ilə tanış  olub.

 

M.Sultanova mühazirəsi zamanı müasir tibbin modern ixtisaslarından sayılan şüa diqanostikası sahəsinin  tədris olunmasının səbəbləri barədə də geniş açıqlama verib.

 

Mühazirə tələbələrin marağına səbəb olub. Sual-cavab əsasında işini başa çatdırıb.