Tələbə Gənclər Təşkilatı aktiv fəaliyyətinə davam edir

Tələbə Gənclər Təşkilatının nəzdnində fəaliyyət göstərən "Mədəniyyət günləri" layihəsi yeni semestrdə öz fəaliyyətinə görkəmli həkim və siyasi xadim Nəriman Nərimanovun ev muzeyini ziyarət etməklə başlayıb.

 

22 fevral tarixində baş tutan ekskursiya zamanı tələbələr həm ev muzeyi ilə tanış olub , həm də Abdulla Şaiqin ev muzeyi və Nəriman Nərimanovun ev muzeyinin birgə təşkilatçılığı ilə Xocalı qoyqırımının 28-ci ildönümünə həsr olunan tədbirdə iştirak ediblər. Tədbirdən öncə tələbələrimiz Xocalı Soyqırımına həsr olunmuş çap materiallarından və fotolardan ibarət sərgi ilə də tanış olublar.

 

Tədbiri N.Nərimanovun xatirə muzeyinin direktoru Kamilə Hüseynova açıb və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbir Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Xocalı Soyqırımına həsr edilərək çəkilmiş filmin nümayişi ilə başa çatıb.