Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkim kardioloqu, t.ü.f.d. Yasmin Rüstəmovanın məqaləsi “European Journal of Heart Failure” jurnalında dərc edilib. Yazıda ürək çatışmazlığı xəstələrində görüntüləmə metodlarını istifadə etməklə revaskulyarizasiya strategiyanı təmin etməyin yolları göstərilir.
Y. Rüstəmova belə məşhur jurnalda məqaləsinin çıxmasını önəmli hal hesab edir: “Universitetimizin, klinikamızın adının bu jurnalda hallanması çox sevindiricidir. Məncə, bu təkcə mənim üçün, klinikamız üçün deyil, Azərbaycan üçün böyük uğurdur. Təbii ki, bizim tezislərimiz bir çox xarici ölkələrdə yayımlanır, beynəlxalq konfranslarda və digər tədbirlərdə iştirak edirik, məruzələrlə çıxış edirik. Amma belə tanınmış jurnalda məqalənin dərci həqiqətən də qürurvericidir. Hemcinin, Azerbaycan Respublikasinin Ali Attestasiya Komissiyasının elmi adi verilmesi ile elaqedar tələblərinə görə, bu jurnal bütün kriteriyalara uyğundur”.
Məqalədə qaldırılan xəstəlik haqqında da məlumat verən həkim-kardioloqun sözlərinə görə, bu, çox vacib bir mövzudur: “İnfarkt keçirmiş xəstələrə nə zaman "damar açılması" (revaskulyarizasiaya) aparılmalı, və aparılacaq prosedurun (stent implantasiyası) və ya əməliyyatın uğurlu olmasını proqnozlaşdırmaq mümkündür. Məqalə bunu hansı görüntüləmə metodlarını tətbiq edilməsinə həsr olunub. Müayinə nəticəsinin əsasında xəstəyə ən uyğun müalicə strategiyası seçilir.
Qeyd edək ki, son zamanlar çox yayılan, həkim Yasmin Rüstəmova tərəfindən Azərbaycanda ilk dəfə istifadə başlayan ürək MRT müayinəsi ürek əzələsinin canlı olub olmaması sualına cavab və bir çox xəstələrə ürək çatışmazlığından azad olmasına şans verir.