ATU-da qazaxıstanlı alimlərlə birgə seminar keçirilib
Fevralın son günü bütün dünyada Orfan xəstəliklər – nadir xəstəliklərlə mübarizə günü kimi qeyd olunur. Bununla bağlı fevralın 24-də Azərbaycan Tibb Universitetində “Mukopolisaxaridoz xəstəliyinin erkən diaqnostikası və menecmenti” mövzusunda seminar keçirilib.
 
 
ATU-nun nevrologiya kafedrasının təşəbbüsü ilə keçirilən tədbir  Qazaxıstan Pediatriya və Uşaq Cərrahiyyəsi Elmi Mərkəzi ilə birgə təşkil olunub. Tədbirdə həmin mərkəzin aparıcı mütəxəssisləri - t.e.d. baş elmi işçi Mayra Şaripova, Reanimasiya və İntensiv terapiya şobəsinin müdiri Gülşad Alimxanova, həkim-qastroenteroloq Anatoliy Kislenko xəstəliyin erkən diaqnostikası və əvəzedici ferment müalicəsinin nəticələri, həmçinin MPS-li xəstələrdə anestezioloji tədbirlərin aparılması haqqında məruzə ilə çıxış ediblər. 
 
 
Seminarda ATU-nun nevrologiya kafedrasının professoru t.e.d Aytən Məmmədbəyli və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti t.e.d. Zemfira Quliyeva öz praktikalarındakı MPS müxtəlif formasında olan 11 pasiyentin klinik hallarını tədqim ediblər. 
 
 
Tədbirdə həmçinin 30 yaşlı MPS xəstəsi olan “Jana Ömür” fondunun direktoru Samat Ramazanov (Qazaxıstan)  öz xəstəliyinin tarixçəsi haqqında danışıb. Tədbir pediatrlar, uşaq nevroloqlaru, anestezioloqlar, genetiklər tərəfindən böyuk maraqla qarşılanıb.