ATU təmsilçisi ictimai səhiyyəyə aid beynəlxalq seminarda iştirak edib

Azərbaycan Tibb Universitetinin (ATU) ictimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev bir neçə gün öncə Lyublyana şəhərində (Sloveniya) keçirilən seminarda iştirak edib. Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional ofisinin təşkil etdiyi toplantı ictimai səhiyyə və ilkin səhiyyə xidmətlərinin regiona inteqrasiyası ilə bağlı məsələlərin müzakirəsinə həsr olunub.

 

A.Ağayevin sözlərinə görə, görüşün əsas məqsədi ilkin tibbi yardım sistemini yeni tətbiq etməyə başlayan yaxud bu dəyişikliyin astanasında olan üzv ölkələr üçün təhsil platformasının yaradılmasıdır. Tədbirdə ictimai səhiyyə və ilkin tibbi yardım üzrə ekspertlər milli səviyyədə yarana biləcək problemlərin həlli ilə bağlı  müzakirələr aparıblar.

 

İnteraktiv seminar formatında keçirilən tədbirdə 30-a yaxın nümayəndə iştirak edib. Seminarda Azərbaycandan ATU  ilə yanaşı, ÜST-nin ölkə üzrə nümayəndəsi Hande Harmançı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi “TƏBİB”, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təmsilçiləri qatılıblar.