Toplantıda klinikanın direktoru, professor Surxay Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarları haqqında məlumat verib.
Klinikanın Baş həkimi Fəridə Hacıyeva xəstələrin sağlamlıq durumu və müalicəsinin gedişi haqqında, Baş tibb bacısı Ülkər Şükürova orta və kiçik tibb işçilərinin şöbədə fəaliyyəti haqqında, Qəbul və Təcili tibbi yardım şöbəsinin müdiri Cavanşir Məhərrəmov xəstələrin qəbulu və onların yerləşdirilməsi haqqında məlumat veriblər.
Daha sonra klinikanın infeksionist həkimi Aygül Əliyeva müalicə olunan xəstələrin son durumu haqqında, TƏBİB-in nümayəndəsi İlkin Hüseynov klinikanın dərman və avadanlıqlarla təchizatı haqqında toplantı iştirakçılarını məlumatlandırıblar.
Direktor S. Musayev klinikada indiyə qədər çalışan həkimlər Aprel ayının 16-dan etibarən karantinə göndəriləcəkləri və cədvəl üzrə növbəti həkim briqadaları işə cəlb olunacaqları haqqında məlumat verib: Həkimlərimiz cədvəl üzrə növbətçi olacaqlar. Bildiyiniz kimi onlara daha öncədən TƏBİB-in təlimatına uyğun bütün sanitar-epidemioloji təlimlər keçirilib".
Toplantıda COVİD-19-lu xəstələrin müalicəsinin uğurla davam etdirildiyi, xeyli xəstənin artıq sağalaraq evə yazılmasının müsbət nəticə olduğu qeyd olunub. Direktor tərəfindən müvafiq sahələrin cavabdeh şəxslərinə tapşırıqlar verilib.