Baş Nazir Əli Əsədov Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitindən səmərəli istifadə ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərancama əsasən “Koronavirusla Mübarizəyə Dəstək Fondu”da toplanmış vəsaitdən istifadə zamanı şəffaflığın təmin edilməsi və vəsaitdən istifadə barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılıb.
Şuraya ictimaiyyəti təmsil edən 5, Nazirlər Kobineti yanında Operativ Qərargahı təmsil edən 2 nümayəndə daxildir.
Qeyd edək ki, sərəncama əsasən ATU-nun rektoru, professor Gəray Gəraybəyli də şuranın üzvü təyin olunub.
Ümumilikdə şuranın üzvləri bu tərkibdə təstiqlənib:
Ziyad Səmədzadə – AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri;
Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri;
Fərhad Bədəlbəyli – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru;
Gəray Gəraybəyli – Azərbaycan Tibb Universitetinin rektoru;
Zemfira Meftahəddinova – Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü;
Aydın İsayev – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini – sektor müdiri;
Rasim İsmayılov – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə Baş İdarəsi rəisinin müavini.