Azərbaycan Tibb Universitetində 13 aprel tarixindən online dərslərə start verilir

Bildiyiniz kimi, COVID 19 pandemiyası ilə əlaqədar olaraq tədris prosesinin aprel ayının 20-nə kimi uzadılması səbəbilə tələbələrin vaxtlarını səmərəli keçirməsi və buraxılan dərs mövzularının mənimsənilməsi məqsədi ilə bir neçə müddət əvvəl keçilməyən mühazirə dərslərinin video çəkilişləri aparılıb, 600-ə yaxın video material Universitetin youtube kanalında yerləşdirilib.

Video çəkilişlərin böyük əksəriyyətinin bitməsi ilə əlaqədar 13.04.2020-ci tarixindən online dərslərin aparılmasına başlanılır. Dərslərin aparılmasında Zoom telekonfrans tətbiqinə üstünlük veriləcəkdir.

ATU-da online dərslərin təşkilində tətbiq olunmuş Zoom proqramının istifadəsi ilə bağlı çətinlik yarandığı halda həm müəllimlərin, həm tələbələrin istifadə etməsi üçün İnformasiya Sistemlərinin təşkili və idarəetmə mərkəzi tərəfindən təlimat videosu hazırlanmışdır:

https://www.youtube.com/watch?v=dITsd18Eof0&feature=share&fbclid=IwAR1EWu6NUSrkUsoTUfjoFrcldC6RUWDfh59vcdDbnqmFUteV9PPNlKqrEIk