Karantin dövründə ATU əməkdaşlarının məqalələri xarici elmi jurnallarda nəşr olunub
COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi Azərbaycan Tibb Universitetinin əməkdaşlarının elmi fəaliyyətini dayandırmayıb. ATU-nun alimləri elmi işlərini, məsləhət və müzakirələrini online şəkildə davam etdirirlər. Universitetin alimləri təkcə yerli mütəxəssislərlə deyil, xarici ölkənin tanınmış tədqiqatçıları ilə əməkdaşlıq edir, onlarla birgə elmi əsərlər də nəşr etdirirlər.
ATU-nun Histologiya, embriologiya və sitologiya kafedrasının müdiri, prof. Eldar Qasımov və Elmi-Tədqiqat Mərkəzinin Elektron Mikroskopiya laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Fuad Rzayev də daxil olmaqla ABŞ, Kanada, Hollandiya və Gürcüstan alimləri ilə birlikdə beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına (Web of Science, SCOPUS, Pub Med) daxil olan Elsevier nəşriyyatı tərəfindən çap olunan impakt faktorlu jurnallarda (Neuroscience Letters İF- 2,173 və International Journal of Developmental Neuroscience İF-2, 367) məqalələri dərc edilib. Həmin məqalələrlə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür.