Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, ATU-nun patoloji anatomiya kafedrasının müdiri, professor Ədalət Həsənov jurnalistlərə açıqlaçasında deyib: "Koronavirusdan rəhmətə getmiş xəstələrin morqa gətirilməsi bizim avtomobillər tərəfindən həyata keçirilir. Bu zaman bütün ehtiyat tədbirləri görülür.
Respublikanın bütün şəhər və rayonlarında bizim meyitxanalarımız var, Bakı şəhərində isə Nəsimi rayon şöbəsinə gətirilir. Meyitlərin dəfn olunması üçün xüsusi qəbirstanlıq nəzərdə tutulmayıb. Meyit dezinfeksiya olunduqdan sonra heç bir təhlükəsi qalmır. Azərbaycanda dini adətlərə görə meyit tabuta qoyulmur, xarici ölkələrdən gələn meyitlər tabutda gətirilə bilər. Rusiyadan və da digər ölkələrdən gələn tabutu açıb virusa yoxulma təhlükəsi yaratmağa ehtiyac yoxdur. Belə qərara gəlinib ki, xarici ölkələrdən gələnlər tabutla biryerdə dəfn edilsin".