Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə fakültəsinin rəhbərliyi ilə kafedra müdirləri arasında video iclas təşkil edilib.
Fakültə dekanı professor Anar Ağayev fakültənin nəzdində olan kafedra müdirləri ilə distant görüş keçirib. Görüşdə dekan tərəfindən buraxılış kursları üzrə qəbul olunmuş yeni qərarlar , kurslar üzrə online imtahanlar və imtahan apellasiya mərkəzinin qaydaları ilə bağlı məlumat verilib. Eyni zamanda, keçirilən online dərslər barəsində məlumat verən kafedra müdirləri, imtahanlara hazırlıq vəziyyəti haqqında da müzakirələr aparıblar.
Sonda cari imtahan sessiyasına hazırlıqlar fakültə dekanı tərəfindən yüksək qiymətləndirilib.